NATO Baş katibinin müavini istefa verir

NATO Baş katibinin müavini istefa verir
Dostuna göndər xəbərdən agah olsun:

NATO Baş katibinin müavini Mirça Dan Coane (Mircea Geoana) sentyabrın 10-da bu postdan istefa verəcək.

Bu barədə məlumatı NATO yayıb.

Qeyd edilib ki, M.Coane Baş katib Yens Stoltenberqə sentyabrın 10-da onun müavini vəzifəsindən çəkiləcəyini bildirib. Baş katib Yens Stoltenberq istefanı qəbul edərək ona bu vaxta qədərki xidmətlərinə görə təşəkkür edib.

“Mirça NATO-ya təxminən beş il xidmət edib. Onun texnologiya və yeni təhlükəsizlik çağırışlarına diqqəti Alyansda innovasiyaları təşviq etməkdə həlledici rol oynayıb. Onun tərəfdaşlarla işi NATO-ya böyük fayda verib. Gələcək üçün ona ən xoş arzularımı çatdırıram”, – Y.Stoltenberq əlavə edib.

Bildirilib ki, Siyasi işlər və təhlükəsizlik siyasəti (PASP) üzrə Baş katibin köməkçisi Boris Ruge yeni müavin təyin olunana qədər bu vəzifəni icra edəcək.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45