Qazaxıstan Prezidentinin müşaviri: Hesabatlarda şəffaflıq iqlim səylərində irəliləyişi izləmək üçün çox vacibdir

Qazaxıstan Prezidentinin müşaviri: Hesabatlarda şəffaflıq iqlim səylərində irəliləyişi izləmək üçün çox vacibdir
Dostuna göndər xəbərdən agah olsun:

Hesabatlarda şəffaflıq iqlimlə bağlı səylərdə kollektiv irəliləyişi anlamaq və izləmək üçün çox vacibdir.

 

“Report” xəbər verir ki, bunu Qazaxıstan Respublikası Prezidentinin müşaviri – prezidentin beynəlxalq ekoloji əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Zülfiyyə Süleymenova Bakıda keçirilən “Genişləndirilmiş Şəffaflıq Çərçivəsində (ETF) ümumi iştirak vasitəsilə iqlim məsələlərinin şəffaflığının artırılması” adlı yüksək səviyyəli dialoq zamanı deyib.

 

Onun sözlərinə görə, bu, qlobal iqlim dəyişikliyinin təsirləri ilə mübarizəyə mühüm töhfə verəcək.

 

“Qazaxıstan üçün iqlim dəyişikliyi ilə mübarizənin əhəmiyyəti ötən yaz baş verən daşqınlar zamanı özünü daha qabarıq şəkildə göstərib, ərazimizin əhəmiyyətli hissəsi su altında qalıb, nəticədə vətəndaşlara və bütövlükdə ölkə iqtisadiyyatına böyük ziyan dəyib”, – xüsusi nümayəndə bildirib.

 

Z.Süleymenova qeyd edib ki, Qazaxıstan təbii fəlakətdən sonra infrastrukturu bərpa edir və iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin sürətləndirilməsinin zəruriliyini anlayır.

Prezidentin müşaviri həmçinin vurğulayıb ki, Qazaxıstan hazırda şəffaflıq üzrə yarımillik hesabatın hazırlanması mərhələsindədir və onu noyabrda Bakıda keçiriləcək COP29 konfransından əvvəl təqdim etməyi planlaşdırır.

 

“Biz bu mühüm platformada birgə səylərimizi və dialoqumuzu davam etdirməyə, eləcə də yüksək nəticələr əldə etməyə ümid edirik”, – o bildirib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45