Brüsseldə Türkiyə və Yunanıstan XİN başçılarının görüşü olub
Türkiyə xarici işlər naziri Hakan Fidan Brüsseldə yunanıstanlı həmkarı Giorgos Gerapetritis ilə görüşüb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Qeyd olunub ki, nazirlər Avropa İttifaqının xarici işlər nazirlərinin qeyri- rəsmi iclası çərçivəsində bir araya gəliblər.
Onların hansı məsələləri müzakirə etdikləri hələ ki açıqlanmayıb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45