Rəşad Nəbiyev Masallıda vətəndaşları qəbul edəcək

Rəşad Nəbiyev Masallıda vətəndaşları qəbul edəcək
Dostuna göndər xəbərdən agah olsun:

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev sentyabrın 5-də saat 09:30-da Masallı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik və Astara rayonlarının sakinlərini qəbul edəcək.

 

“Report” xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

 

Bildirilir ki, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

 

Qəbula sentyabrın 4-nə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu (office@mincom.gov.az), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45