Azərbaycan Gürcüstanla Kür çayı ilə bağlı müqavilə imzalayacaq
Azərbaycan Gürcüstanla Kür çayında su ehtiyatları və ondan istifadədə məlumatların mübadiləsi ilə bağlı müqavilə imzalamaq istəyir.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji siyasət şöbəsinin müdir müavini Rafiq Verdiyev “Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri” mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, müqavilənin tez bir zamanda imzalaması hədəflənir: “Kür çayında qar ehtiyatları, hövzədə olan vəziyyət bizim üçün önəmlidir. Biz daha dəqiq biləcəyik ki, Kür çayının Azərbaycandan yuxarı hissələrində yaz dövründə nə qədər su gözlənilir. Bu sudan istifadəçilər üçün dəqiq proqnoz verməyə imkan verəcək”.
(055) 436-46-45