AFFA Samir Abasova xəbərdarlıq edib

AFFA Samir Abasova xəbərdarlıq edib
Dostuna göndər xəbərdən agah olsun:

AFFA “Sumqayıt” klubunun baş məşqçisi Samir Abasova xəbərdarlıq edib.

 

Bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

 

S.Abasov Azərbaycan Premyer Liqasının IV turunun “Sabah”la səfər oyununda (1:3) intizam qaydalarını pozub.

 

AFFA azarkeşlərinə görə də “Sumqayıt”a xəbərdarlıq edib. Buna qonaq fanatların rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi səbəb olub. Bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə qurum xəbərdarlıq etməklə kifayətlənib.

 

“Sabah” – “Sumqayıt” görüşü bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna görə Bakı klubu 800 manat cərimələnib.

 

İntizam Komitəsi “Zirə”ni də 2000 manat cərimələyib. Buna səbəb “Şamaxı” ilə oyun bitdikdən sonra Bakı təmsilçisinin AFFA nümayəndəsinin tələblərinə əməl etməməsi olub.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45