Gürcüstan Prezidenti 17 məhbusu əfv edib
Gürcüstan Prezidenti Salome Zurabişvili 17 məhbusun əfvi haqqında akt imzalayıb, onlardan 13-ü cəza çəkməkdən tamamilə azad edilib.
Bu barədə Gürcüstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Gürcüstan dövlət başçısı bu gün 17 məhkumu əfv edib. Cəzaçəkmə müəssisəsində 13 məhkum, o cümlədən iki qadın cəza çəkməkdən tamamilə azad edilib. Bir qadın da daxil olmaqla dörd məhkumun qalan cəzası azaldılıb”, – məlumatda bildirilib.
Əfv olunan vətəndaşların adları göstərilmir.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45