DTX tərəfindən saxlanılan Bəhruz Səmədov cinayət məsuliyyətinə cəlb edilib
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Bəhruz Səmədov cinayət məsuliyyətinə cəlb edilib.
Bu barədə onun vəkili Zibeydə Sadıqova məlumat verib.
Vəkil deyib ki, müvəkkilinə qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib.
Səbail Rayon Məhkəməsinin qərarı ilə B.Səmədov barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib.
Məhkəmə prosesində Bəhruz Səmədovun tapşırıq alıb məlumat ötürməkdə şübhəli bilindiyi Ermənistan Respublikası vətəndaşlarının adlarının sadalandığı məlum olub.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45