Misir prezidenti ilk dəfə Türkiyəyə gedəcək, Ərdoğanla görüşəcək
Misir Prezidenti Əbdülfəttah Əs-Sisi sentyabrın 4-də Türkiyəyə səfər edəcək.
Bu barədə “Haber Global” məlumat yayıb.
Bildirilib ki, o, türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Dövlət başçıları Türkiyə-Misir Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasına rəhbərlik edəcəklər
Liderlərin Yaxın Şərqdə, o cümlədən Qəzzadakı durumu müzakirə edəcəkləri gözlənilir. Bundan başqa, onlar qarşılıqlı maraq doğuran digər məsələlər barədə də danışacaqlar. Tərəflər arasında bir çox sahədə sənədlərin imzalanması nəzərdə tutulub.
Qeyd olunub ki, bu, Əbdülfəttah Əs-Sisinin prezident kimi Türkiyəyə ilk səfəridir.
Xatırladaq ki, cari il fevralın 14-də R.T.Ərdoğan Misirə səfər etmişdi. Bundan sonra tərəflər arasında münasibətlər qismən yumşalmışdı.
(055) 436-46-45