Ağdamda laqonda kişinin əlini kəsdi

Ağdamda laqonda kişinin əlini kəsdi
Dostuna göndər xəbərdən agah olsun:

Ağdamda 32 yaşlı kişinin əlini laqonda kəsib.

Hadisə rayonun Yeni İmamqulubəyli qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1992-ci ilə təvəllüdlü Abdullayev Hüseyn Adil oğlu evinin həyətində təmir işi ilə məşğul olarkən sağ əlindən xəsarət alıb.

Yaralı Ağdam rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yara dərin olduğu üçün ona ilkin tibbi yardım göstərildikdən sonra Bərdə diaqnostika mərkəzinə köçürülüb.

Faktla bağlı araşdırma aparılır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45