Keçmiş MMA döyüşçüsü avtomobil qəzasına düşüb

Keçmiş MMA döyüşçüsü avtomobil qəzasına düşüb
Dostuna göndər xəbərdən agah olsun:

Keçmiş MMA döyüşçüsü Məhəmməd Mokayev Rusiyada avtomobil qəzasına düşüb.

 

Agah. Az xarici KİV-ə istinadən xəbər verir ki, idmançının idarə etdiyi “Mercedes-AMG A35” markalı avtomobil yoldan çıxaraq kanala aşıb.

 

Hadisə zamanı onun dostu da maşında olub, lakin heç biri xəsarət almayıb. Onlar yerli sakinlərin köməyi ilə avtomobildən çıxarılıb.

 

Qeyd edək ki, M.Mokayev Rusiyada doğulsa da, 12 yaşından Böyük Britaniyada yaşayır. O, qarışıq döyüş növləri üzrə yarışlarda İngiltərəni təmsil edib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45