Pirşağıda dənizdə 1 nəfər batıb
![Pirşağıda dənizdə 1 nəfər batıb Pirşağıda dənizdə 1 nəfər batıb](https://mutluresim.com/images/2024/08/21/z9XQBG.jpg)
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində 1 nəfərin dənizdə batması barədə məlumat daxil olub.
Bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
![whatsappa keç](https://agah.az/wp-content/uploads/2023/08/whatsapp-logo.png)