Cari ilin altı ayı ərzində yanğın zamanı 14 nəfər ölüb

Cari ilin altı ayı ərzində yanğın zamanı 14 nəfər ölüb
Dostuna göndər xəbərdən agah olsun:

Azərbaycanda 2024-cü ilin I yarımilliyi ərzində 828 yanğın hadisəsi qeydə alınıb, bu zaman 14 nəfər həlak olub.

 

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, sözügedən müddət ərzində baş verən yanğın hadisələri zamanı 14 nəfər həlak olub, 46 nəfər xəsarət alıb.

 

Bu da ötən il ilə müqayisədə yanğından həlak olanlar üzrə 8 nəfər və ya 133%, xəsarət alanlar üzrə 20 nəfər və ya 77% çoxdur.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45