Saleh Məmmədov İsmayıllıda vətəndaşları qəbul edəcək
Avqustun 23-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov İsmayıllı rayonunda vətəndaşları qəbul edəcək.
Qəbul saat 11:00-da İsmayıllı rayonu “9 №-li Yol İstismarı” MMC-nin inzibati binasında keçiriləcək.
Qəbulda İsmayıllı və Ağsu rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbula yazılmaq istəyənlən İsmayıllı rayonu “9 №-li Yol İstismarı” və Ağsu rayonu “16 №-li Yol İstismarı” MMC-lərində öncədən qeydiyyatdan keçə bilərlər.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45