Rusiya Prezidenti Vladimir Putinin rəsmi qarşılanma mərasimi olub

Rusiya Prezidenti Vladimir Putinin rəsmi qarşılanma mərasimi olub
Dostuna göndər xəbərdən agah olsun:

Azərbaycan Respublikasında dövlət səfərində olan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin avqustun 19-da rəsmi qarşılanma mərasimi olub

 

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Rusiya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putini qarşılayıb.

 

Fəxri qarovul dəstəsinin rəisi Rusiya Prezidentinə raport verib.

 

Rusiya Federasiyasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

 

Fəxri qarovul dəstəsi dövlət başçılarının qarşısından keçib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45