Rusiya Prezidenti Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib

Rusiya Prezidenti Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib
Dostuna göndər xəbərdən agah olsun:

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin avqustun 19-da Fəxri xiyabana gələrək xalqın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

 

“Report” xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45