Tonqa sahilində güclü zəlzələ olub
Tonqa Krallığının sahilində 5,7 maqnitudalı zəlzələ olub.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib..
Qeyd olunub ki, yeraltı təkanların episentri təxminən 22,4 min insanın yaşadığı Tonqanın paytaxtı Nuku’alofa şəhərindən 133 km cənub-qərbdə yerləşib. Təbiət hadisəsinin ocağı 113 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45