Azərbaycan Özbəkistanla ticarət dövriyyəsinin artırılmasını müzakirə edəcək

Azərbaycan Özbəkistanla ticarət dövriyyəsinin artırılmasını müzakirə edəcək
Dostuna göndər xəbərdən agah olsun:

Avqustun 22-23-də Daşkənddə Azərbaycan-Özbəkistan Biznes Forumu və “Made in Azerbaijan” sərgisi keçiriləcək.

 

Bu barədə Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyi yanında Xarici İnvestisiyaların Cəlb edilməsi Agentliyinə (UzIPA) xəbər verir.

 

“Bu forum iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə, əməkdaşlığın inkişafına, investisiyaların cəlb edilməsinə və birgə layihələrin həyata keçirilməsinə kömək edəcək”, – məlumatda qeyd edilib.

 

Agentlik forumun ticarət dövriyyəsinin artırılması, təcrübə mübadiləsi və biznes nümayəndələri arasında tərəfdaşlıq əlaqələrinin qurulması yollarını müzakirə etmək üçün platforma olacağını gözləyir.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45