Ekvador lideri vitse-prezidenti dövlətə xəyanətdə ittiham edib

Ekvador lideri vitse-prezidenti dövlətə xəyanətdə ittiham edib
Dostuna göndər xəbərdən agah olsun:

Ekvador Prezidenti Daniel Noboa vitse-prezident Veronika Abadı xəyanətdə və növbəti seçkilərdə onun iştirakına mane olmağa çalışmaqda ittiham edib.

 

Bu barədə D.Noboa “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

 

“O, özü bu postu tutmaq üçün ölkə prezidentini hakimiyyətdən uzaqlaşdırmaq istəyir. Əgər onun niyyətləri ilə bağlı hər hansı bir şübhə var idisə, bu gün maska ​​artıq düşüb. Bundan başqa, bu şikayətin arxasında duran şəxslər, mənim seçki kampaniyasında iştirak etməməyimi istəyirlər. Biz bu xəyanətə qarşı mübarizə aparacağıq və seçkilərdə görüşəcəyik”, – paylaşımda bildirilib.

 

Qeyd edək ki, daha əvvəl V.Abad prezidenti siyasi zorakılıqda ittiham edib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45