Çadda daşqınlar 54 nəfərin həyatına son qoyub
Çadda son günlər daşqınlar nəticəsində azı 54 nəfər ölüb.
Bu barədə “Agence France-Press”ə xəbər verir.
Ən çox ziyan çəkən bölgə ölkənin şimalındakı Tibesti bölgəsi olub. Daşqın bölgənin 6 rayonunu əhatə edib.
Son günlərdə qeydə alınan daşqınlar Qərbi və Mərkəzi Afrikanın bir sıra digər ölkələrinə, o cümlədən Qvineya, Konqo Demokratik Respublikası, Kot-d’İvuar, Liberiya, Mali, Niger, Nigeriya və Toqoya təsir edib. BMT-nin məlumatına görə, ümumilikdə 700 mindən çox insan zərər çəkib.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45