Bakıda köşk yanıb – YENİLƏNİB

Bakıda köşk yanıb – YENİLƏNİB
Dostuna göndər xəbərdən agah olsun:

Fövqəladə Hallar Nazirliyi Xətai rayonunda baş verən yanğınla bağlı məlumat yayıb.

 

Nazirlikdən “Report”a verilən xəbərə görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub:

 

“Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

 

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində doqquzmərtəbəli yaşayış binasının qarşısında yerləşən köşkdə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb”.

 

Məlumatda qeyd edilib ki, yanğın nəticəsində ümumi sahəsi 12kv.m. olan taxta konstruksiyadan ibarət köşk və 60 kv.m. sahədə quru otluq ərazi yanıb.

 

Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

 

17:18

Bakının Xətai rayonu, N.Tusi küçəsində köşk yanıb.

 

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, hadisə nəticəsində 12 kv ərazi yanıb.

 

Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən söndürülüb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45