Fələstin Prezidenti dəstəyə görə Ərdoğana təşəkkür edib
Fələstin Prezidenti Mahmud Abbas Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
Bu barədə Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı deyib.
M.Abbas siyasi dəstəyə və həmrəyliyə görə Türkiyə hakimiyyətinə və xalqına minnətdarlığını bildirib.
O, Fələstinin mübarizəni bundan sonra da davam etdirəcəyini diqqətə çatdırıb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45