Xəstəlik xəstəliyi: Hipoxondria nədir?

Xəstəlik xəstəliyi: Hipoxondria nədir?
Dostuna göndər xəbərdən agah olsun:

Bəzi insanlar xəstə olmasalar da, daim xəstə olduqlarını düşünür, müxtəlif ağrılardan şikayətlərnirlər. Mütəxəssislər bütün müayinələr aparılmasına, hər hansı xəstəlik aşkarlanmasına baxmayaraq, belə bir düşüncədə olmağı psixoloji hal kimi qiymətləndirirlər.

Uzman psixoloq Cəmilə Rəhimli bu kimi halların hipoxondria, yəni təşviş pozuntusu olduğunu açıqlayıb.

Agah.az, e-tibb.az-a istinadən onun bununla bağlı fikirlərini təqdim edir:

Daima bədəninizdə xəstəlik siqnalları, uyuşma və ağrı axtarırsınızsa, xəstə olmadığınızdan əmin olmaq üçün tez-tez ətrafınızdakı insanlara suallar verir, həkiminizin nə isə unutmuş ola biləcəyini düşünür, obsessiv bir şəkildə sağlamlıq verilişlərinə baxır, internetdə hiss etdiyiniz hər ağrı və ya giziltinin hansı ciddi xəstəlikdən qaynaqlandığını axtarır, bir çox işdən xəstə olduğunuzu düşünərək qaçırsınızsa, ola bilsin ki, hipoxondria başqa sözlə, sağlamlıq təşvişi yaşayırsınız.

Təkrarlanan analizlər, müayinələrdən sonra heç bir ciddi xəstəlik olmamasına baxmayaraq, şəxs özündə xəstəlik olduğu düşüncəsindən qurtula bilmirsə, buna diaqnoz qoyulması mümkündür.

Digər təşviş növlərində olduğu kimi hipoxondrianın müalicəsi psixoterapiya və dərman müalicəsi ilə birlikdə aparıldığı vaxt daha effektiv olur.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45