Rusiya Xarkova dron hücumu edib, ölənlər var
Rusiyanın Ukraynanın şimal-şərqindəki Xarkov vilayətində tibbi batalyon maşınına dron hücumu nəticəsində iki nəfər ölüb.
“Agah. Az” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin İstintaq Departamentinin rəhbəri Sergiy Bolvinov öz feysbuk hesabında paylaşım edib.
O bildirib ki, ölənlərin hər ikisi həkim olub.
“Hücum nəticəsində yaxınlıqda hərəkət edən avtomobildə olan üç mülki şəxs yaralanıb”, – məlumatda qeyd olunub.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45