Rusiyada 43 yaşlı azərbaycanlı güllələnərək qətlə yetirilib

Rusiyada 43 yaşlı azərbaycanlı güllələnərək qətlə yetirilib
Dostuna göndər xəbərdən agah olsun:

Rusiyada silahlı insident zamanı 43 yaşlı azərbaycanlı qətlə yetirilib.

 

“Agah. Az” Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə ötən gün Leninqradın Novosaratovka kəndində qeydə alınıb.

 

Azərbaycan vətəndaşı naməlum şəxslə mübahisə edib. Bu zaman tapançadan açılan atəş zamanı azərbaycanlı ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

Həkimlərin səyinə baxmayaraq zərərçəkən xəstəxanada ölüb.

 

Faktla bağlı cinayət işi başlanılıb. Hazırda hadisəni törədən şəxsin kimliyini müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45