Məhkəmə-Hüquq Şurasının Aparat rəhbərinə yeni müavin təyin olunub
Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Aparat rəhbərinə yeni müavin təyin olunub.
Bu vəzifə Rəşad Həsənliyə həvalə edilib.
Qeyd edək ki, R.Həsənli 2013-cü ildən ədliyyə sahəsində fəaliyyət göstərib. Nazirliyin Qanunvericilik baş idarəsinin İqtisadi normativ aktlar idarəsində baş məsləhətçi, daha sonra həmin idarənin rəisi vəzifəsində işləyib. R.Həsənli bu təyinatadək Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq Baş İdarəsinin rəis müavini vəzifəsində çalışıb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45