Türkiyə Yunanıstana meşə yanğınları ilə mübarizə üçün yardım təklif edib
Türkiyə Yunanıstana ölkədə başlayan meşə yanğınlarının söndürülməsi ilə bağlı yardım təklif edib.
Agah.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Hakan Fidan bildirib.
O, rəsmi Afinaya meşə yanğınları ilə mübarizədə yardım təklifi göndərdiklərini, qarşı tərəfin isə bunu dəyərləndirəcəklərini söylədiyini vurğulayıb.
Qeyd edək ki, Yunanıstanın paytaxtı Afina yaxınlığındakı Varnava adlanan ərazidə başlayan meşə yanğınları küləyin təsiri ilə ətraf ərazilərə yayılıb. Ərazidəki iki xəstəxana təxliyə edilib.
Yanğının söndürülməsinə çox sayda şəxsi heyət və texnika cəlb olunub.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45