BP istedadlı yerli gənclərin beynəlxalq universitetlərə qəbuluna dəstək verir

BP istedadlı yerli gənclərin beynəlxalq universitetlərə qəbuluna dəstək verir
Dostuna göndər xəbərdən agah olsun:

Bu gün BP Azərbaycanda yüksək ixtisaslı yerli kadrların yetişdirilməsinə dəstək məqsədli sosial sərmayə layihəsinin ikinci mərhələsinin tamamlayıb.

Bu təhsil layihəsi BP-nin dünya səviyyəli yerli təcrübə və bacarıqlar formalaşdırmaqla ölkənin davamlı gələcəyinə töhfə vermək öhdəliyinin bir hissəsidir.

Birinci mərhələdə BP-nin dəstəklidiyi 15 iştirakçıdan 14-nün nüfuzlu beynəlxalq universitetlərə qəbul olması uğuruna əsaslanaraq, layihə daha da genişləndirilib və ikinci mərhələdə 22 istedadlı azərbaycanlı gənci əhatə edib.

Layihə iştirakçıları aztəminatlı ailələrdən seçiliblər. Layihə çərçivəsində onlara qrup və fərdi şəkildə SAT və IELTS testlərinə və qəbul imtahanlarına hazırlıq təlimləri, həmçinin beynəlxalq tələbələrə tam təqaüd təklif edən universitetlərə müraciət etmək üçün təlimatlandırma daxil olmaqla hərtərəfli dəstək göstərilib.

Hazırkı mərhələdə bütün nəticələr tam məlum olmasa da, BP-nin dəstəklədiyi 22 iştirakçıdan 21-i artıq Koç Universiteti, London İmperial Kolleci, Edinburq Universiteti, Corc Vaşinqton Universiteti, Delft Texnologiya Universiteti, Honqkonq Universiteti, Koreyanın Qabaqcıl Elm və Texnologiya İnstitutu kimi Qərbin və Asiyanın yüksək reytinqli universitetlərinə və digər nüfuzlu ali təhsil müəssisələrinə qəbul olub. İştirakçıların ən çox üstünlük verdikləri ixtisaslara kompüter elmləri və mühəndislik, data elmləri və analitika, bioinformatika və molekulyar biologiya, dayanıqlı enerji sistemləri və ətraf mühit elmləri daxildir.

İndiyədək ali təhsil müəssisələrinə qəbul olmuş 21 iştirakçıdan yeddisi bakalavr, 14-ü isə magistr pilləsi üzrə müraciət edib.

Layihənin ikinci mərhələsinin uğurunu və gənc istedadların nailiyyətlərini qeyd etmək münasibətilə bu gün keçirilən tədbirdə layihə iştirakçılarına sertifikatlar verilmişdir.

BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, BP şirkəti birinci mərhələnin uğurunu nəzərə alaraq bu layihəyə dəstəyini davam etdirmək qərarına gəlib: “Bu, dünya səviyyəli yerli kadrların yetişdirilməsi istiqamətində Azərbaycanın səylərinə dəstək vermək öhdəliyimizi bir daha təsdiqləyir. Bu il nəticələrin daha da yüksək olması bizi çox sevindirir. Artıq dünyanın ən yüksək reytinqli universitetlərindən təklif almış gənc istedadlarımızla həqiqətən də fəxr edirik və qalan bir iştirakçının da aparıcı universitetlərdən təklif alacağına ümid edirik. Bu layihə istedadlı milli kadrların yetişdirilməsində Azərbaycana dəstək olmaq öhdəliyimizi vurğulamaqla yanaşı bu gənclərin ölkənin parlaq gələcəyini formalaşdırmaq üçün böyük potensiala sahib olduqlarını göstərir”.

Ümumi dəyəri 100 min manat (59 min ABŞ dolları) olan ikinci mərhələnin müddəti 11 ay (2023-cü ilin oktyabrından 2024-cü ilin avqustuna qədər) idi. Layihə yerli təşkilat olan “ROOF Academic Training” tərəfindən həyata keçirilib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45