Ayağında elektron qolbaq olan məhkum başqa cinayətdə şübhəli bilindiyi üçün saxlanılıb

Ayağında elektron qolbaq olan məhkum başqa cinayətdə şübhəli bilindiyi üçün saxlanılıb
Dostuna göndər xəbərdən agah olsun:

Lənkəranda ayağında elektron qolbaq olan məhkum başqa cinayətdə şübhəli bilindiyi üçün saxlanılıb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində yerləşən dönərxanalardan birindən gecə saatlarında 1 ədəd mobil telefon və 260 manat pul, Darquba kəndi ərazisindəki dayanacaqdan isə velosiped oğurlamaqda şübhəli bilinən İlkin Nurullazadə müəyyən edilərək saxlanılıb.

Qeyd edək ki, həmin şəxs bu ilin əvvəlində bibisinin evindən qızıl-zinət əşyaları oğurlamaqda təqsirli bilinib və məhkəmə tərəfindən ona elektron qolbaq tətbiq edilib.

Araşdırma aparılır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45