İraqdakı beynəlxalq hərbi koalisiya missiyasını başa vura bilər
İraqın xarici işlər naziri Fuad Hüseyn və ABŞ-nin dövlət katibi Entoni Blinken beynəlxalq hərbi koalisiyanın İraqdakı missiyasının başa çatması ilə bağlı birgə bəyanatla çıxış edəcəklər.
Bu barədə “Tasnim” mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edib ki, iraqlı diplomatın ABŞ-yə gözlənilən səfəri çərçivəsində iki ölkənin xarici işlər nazirliklərinin rəhbərləri mətbuat konfransı keçirəcəklər.
Agentliyin mənbələri vurğulayıb ki, İraq Kürdüstanı istisna olmaqla, koalisiya qoşunlarının ölkə ərazisindən çıxarılması 2025-ci ilin sentyabrında başlayacaq. Koalisiya qüvvələrinin İraq Kürdüstanından çıxarılması isə 2026-cı ilin sentyabrında planlaşdırılır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45