Türkiyədə teleqrama giriş bloklana bilər
Türkiyə rəsmiləri teleqramın narkotik maddələrin satışı, fahişəliyin təbliği, qumar oyunları və uşaq pornoqrafiyası ilə videoların yayılması üçün istifadə edildiyi üçün onun bloklanması ehtimalı barədə xəbərdarlıq edib.
Bu barədə “Takvim” qəzeti hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər yayıb.
Məlumata görə, Türkiyənin Texnologiya və Kommunikasiya Şurası teleqramın baş ofisinə qanunsuz fəaliyyət üçün istifadə edilən kanalların bağlanması tələbi ilə 1 000-dən çox xəbərdarlıq göndərib, lakin hələ də cavab almayıb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45