Azərbaycan Premyer Liqası: “Araz-Naxçıvan” qələbə qazanıb

Azərbaycan Premyer Liqası: “Araz-Naxçıvan” qələbə qazanıb
Dostuna göndər xəbərdən agah olsun:

Azərbaycan Premyer Liqasının II turunda daha bir qarşılaşma baş tutub.

“Araz-Naxçıvan” klubu “Liv Bona Dea Arena”da “Şamaxı”nı qəbul edib.

 

Görüş Naxçıvan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 59-cu dəqiqədə Ramon Maçado fərqlənib.

 

II turun ötən gün baş tutan “Qarabağ” – “Kəpəz” matçında meydan sahibləri 3:0 hesablı qələbə qazanıb.

 

Qeyd edək ki, II tura avqustun 11-də yekun vurulacaq.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45