Azərbaycanda bu il qiymətli metallar və qiymətli daşlara dair daha 4 dövlət standartı qəbul ediləcək
Bu il Azərbaycanda “Qiymətli metallar”, “Qiymətli daşlar”, “Bank metalları”, “Əyarlama və damğalanma”, “Qiymətli daşların çeşidlənməsi və təsnifləşdirilməsi” sahəsi üzrə daha 4 dövlət standartının qəbul edilməsi nəzərdə tutulur.
Bunu açıqlamasında “Azərbaycan Zərgərlər Assosiasiyası” ictimai Birliyinin İdarə Heyətinin sədr müavini, “Qiymətli metallar və qiymətli daşlar” üzrə Texniki Komitənin sədri Rövşən Əmircanov bildirib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi Texniki Komitə 2021-ci il aprelin 30-da qiymətli metallar və qiymətli daşlar üzrə işlərin beynəlxalq təcrübəyə uyğunlaşdırılması, zərgərlik bazarının tənzimlənməsi üzrə standartların hazırlanması və təsdiq edilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, “Azərbaycan Standartlaşdırma İnstitutu”, “Azərbaycan Zərgərlər Assosiasiyası” və “AzerGold” QSC-nin nümayəndələrindən ibarət olmaqla təsis edilib, bu sahədə 12 dövlət standartı qəbul edib.
(055) 436-46-45