Qazaxıstan Prezidenti Yaponiyanın Baş naziri ilə telefonla danışıb

Qazaxıstan Prezidenti Yaponiyanın Baş naziri ilə telefonla danışıb
Dostuna göndər xəbərdən agah olsun:

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Yaponiyanın Baş naziri Fumio Kişida arasında telefon danışığı baş tutub.

 

“Report”un Astanadakı müxbiri xəbər verir ki, K.Tokayev bir gün əvvəl Yaponiyada baş vermiş zəlzələ ilə əlaqədar ölkə xalqı ilə həmrəyliyini ifadə edərək ciddi fəsadlarla nəticələnməyəcəyinə ümidvar olduğunu deyib.

 

Fumio Kişida da öz növbəsində I Mərkəzi Asiya+Yaponiya Dialoq Sammitində iştirak etmək üçün Qazaxıstana nəzərdə tutulan rəsmi səfərinin təxirə salınması ilə bağlı qərarın qəbul edildiyini təəssüflə diqqətə çatdırıb.

 

Tərəflər Qazaxıstan-Yaponiya əlaqələrinin mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə edib, həmçinin regionlararası əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

 

Kulpaş Konırova

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45