Bakı metrosu iyulda 535 minə yaxın sərnişini güzəştli şərtlərlə daşıyıb
Bu ilin iyul ayında “Bakı Metropoliteni” QSC 16 milyon 908 min 149 sərnişin daşıyıb ki, bunun da 534 min 946-sı -i və yaxud 3,17 %-i güzəştli şərtlərlə daşınıb.
Bu barədə səhmdar cəmiyyətinə xəbər verir.
Məlumata görə, orta hesabla gün ərzində 545 min 424 sərnişinə xidmət göstərilib. Ən çox sərnişin iyulun 1-də (674 min 66 sərnişin), ən az isə ayın 28-də (348 min 658 sərnişin) metropolitenə daxil olub.
Ən çox sərnişin daşıyan stansiya “Koroğlu”dur. 2024-cü ilin iyul ayı üzrə bütün sərnişinlərin 9,4 %-i məhz bu stansiyadan metropolitenə daxil olub. Ötən ay “20 Yanvar” stansiyası “28 May” stansiyasından daha çox sərnişin daşıyıb və ikinci yerdədir – 7,9 %. “28 May”, sərnişin sayına görə, ayın üçüncü stansiyası olub – 7,5 %.
Ümumiyyətlə, iyul ayı ərzində bütün metro sərnişinlərinin 44 %-i cəmi 6 stansiyadan istifadə edib. Qeyd edilən 3 stansiyanın ardınca sərnişindaşıma sayına görə “Nərimanov” (7 %), “Gənclik” (6,3 %) və “Neftçilər” (5,9 %) gəlir.
(055) 436-46-45