Çilidə elektrik enerjisinin olmamasına görə etiraz aksiyası başlayıb
100 mindən çox insanın bir həftədir işıqsız qaldığı Çilidə sakinlər etiraz əlaməti olaraq yollarda və körpülərdə barrikadalar qurmağa başlayıblar.
Bu barədə Çilinin “La Tercera” qəzeti xəbər verir.
Qeyd olunur ki, avqustun 7-si axşam saatlarına olan məlumata görə, 117 mindən çox insan işıqsız qalıb, onlardan 82 mini paytaxt regionunda yaşayır. Bu, əhalini nümayiş keçirməyə sövq edib.
Paytaxtın La Reyna kommunasında əhali yollarda müxtəlif əşyalar yandırır. Santyaqo şəhərinin ətrafındakı Kolində isə sakinlər etiraz əlaməti olaraq şəhərə aparan körpünün üstündə barrikadalar qurublar. Oxşar vəziyyət digər ərazilərdə də müşahidə olunur.
Qəzet yazır ki, elektrik enerjisi ilə bağlı məsul şirkət olan “Enel” hələ də enerjisinin verilməsini bərpa edə bilmədiyi üçün, həmçinin qəzaların nəticələrinə gec reaksiya verildiyinə görə sakinlər etiraza qalxıblar.
(055) 436-46-45