Azərbaycanlı hakim-inspektor Moldova klubunun oyununa təyinat alıb

Azərbaycanlı hakim-inspektor Moldova klubunun oyununa təyinat alıb
Dostuna göndər xəbərdən agah olsun:

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev növbəti təyinatını alıb.

Agah. Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Moldovada yerli “Şerif” və Sloveniyanın “Olimpiya” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda hakim-inspektor olacaq.

İtaliyalı baş hakim Mauritsio Marianinin idarə edəcəyi qarşılaşma Tiraspol şəhərində yerləşən “Şerif Arena”da baş tutacaq.

Qeyd edək ki, matç avqustun 15-də reallaşacaq.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45