Azərbaycan və Qırğızıstan nümayəndələri COP29-a hazırlıq tədbirlərini müzakirə ediblər

Azərbaycan və Qırğızıstan nümayəndələri COP29-a hazırlıq tədbirlərini müzakirə ediblər
Dostuna göndər xəbərdən agah olsun:

Bakıda Qırğız Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Görüşdə Qırğız Respublikasının təbii resurslar, ekologiya və texniki nəzarət naziri vəzifəsini icra edən Azis Saparaliyevin başçılıq etdiyi nümayəndə heyəti və ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iştirak edib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45