Ordubaddakı “Sərşəhər Məscidi” bərpa ediləcək
Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində yerləşən “Sərşəhər Məscidi” tarix-memarlıq abidəsi bərpa ediləcək.
Bununla bağlı yerli Mədəniyyət Nazirliyi hazırlıqlara başlayıb.
Məlumata görə, paralel olaraq Sərşəhər meydanının giriş baş tağları bərpa ediləcək və meydan abadlaşdırılacaq. Ümumilikdə 570 kv.metrlik ərazidə gücləndirmə, rekonstruksiya və bərpa işləri aparılacaq.
“Sərşəhər Məscidi” XVIII əsrə aiddir. Məscid Nazirlər Kabinetinin 2 avqust 2001-ci tarixli qərarı ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45