Bərdədə qardaşı arvadını baltalayan şəxslə bağlı
Bərdədə baş verən qətlin bəzi detalları məlum olub.
“Report”un Qarabağ Bürosunun əldə etdiyi məlumata görə, qətli törətməkdə təqsirləndirilən Azər Rəşid oğlu İbrahimov epilepsiya xəstəsi olub.
Qardaşı ilə bir yerdə yaşayan A.İbrahimov xəstəliyi ilə əlaqədar olaraq evdə mütəmadi narahatlıq yaradırmış. Bu gün səhər ailə münaqişəsi zəminində baş verən mübahisə zamanı qardaşı arvadına balta ilə xəsarət yetirərək öldürüb.
Azər İbrahimov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Avqustun 5-də səhər saatlarında Bərdə rayonu Kələntərli kəndində 1991-ci təvəllüdlü Sədaqət Rauf qızı İbrahimovanın kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının qaynı, 1995-ci il təvəllüdlü Azər Rəşid oğlu İbrahimov polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.
İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.
(055) 436-46-45