Olimpiada iştirakçılarının təxminən 1/4-i dopinq testi verib
Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında iştirak edən idmançıların təxminən 1/4-i dopinq testi verib.
Bu barədə Beynəlxalq Dopinq Test Agentliyinin mətbuat xidməti məlumat yayıb.
Avqustun 3-nə olan məlumata görə, 2 682 idmançıdan ümumilikdə 2 910 nümunə toplanıb.
Bununla da olimpiadada iştirak edən idmançıların 23,8 %-i dopinqə görə yoxlanılıb.
Paris olimpiadası avqustun 11-də başa çatacaq.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45