Hindistanda evin divarının çökməsi nəticəsində doqquz azyaşlı ölüb
Hindistanın mərkəzindəki Madhya-Pradeş ştatında güclü yağışlardan sonra evin divarının çökməsi nəticəsində 10-15 yaş arası doqquz uşaq və yeniyemə ölüb.
Bu barədə PTI agentliyi məlumat yayıb.
Hadisə dini tədbir zamanı baş verib. Uşaqlar dağılmış evin yaxınlığında quraşdırılmış çadırda olublar. Divarın çökməsi nəticəsində iki uşaq hadisə yerində, daha yeddi nəfər isə xəstəxanaya aparılarkən və ya tibb müəssisəsində ölüb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, hadisə zamanı daha bir neçə uşaq yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıblar. Onların həyatı üçün təhlükə yoxdur.
Son həftələr yağan güclü yağışlar Hindistanın müxtəlif bölgələrində kütləvi daşqınlar, torpaq sürüşmələri binaların, yolların və körpülərin dağılmasına səbəb olub.
(055) 436-46-45