Kamala Harris prezidentliyə namizəd olmaq üçün lazımi sayda səs toplayıb
ABŞ-ın vitse-prezidenti Kamala Harris ölkənin ən yüksək vəzifəsinə rəsmi olaraq namizəd olmaq üçün onlayn seçkilərdə iştirak edən Demokrat Partiyasının nümayəndələrindən lazımi sayda səs toplaya bilib.
Bunu Demokratlar Partiyasının Milli Komitəsinin sədri Ceymi Harrison yazılı açıqlamasında bildirib.
“Mən fəxrlə təsdiq edirəm ki, vitse-prezident Harrisin bütün qurultay nümayəndələrinin əksəriyyətinin səsini qazanıb və bazar ertəsi səsvermə başa çatdıqda Demokratların namizədi olacaq”, – deyə o qeyd edib.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45