Olimpiya mükafatçısı Kişinyovda Azərbaycan bayrağı ilə qarşılandı

Olimpiya mükafatçısı Kişinyovda Azərbaycan bayrağı ilə qarşılandı
Dostuna göndər xəbərdən agah olsun:

Moldovanı Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında cüdo idman növü üzrə təmsil edərək bürünc medal qazanan Adil Osmanov Kişinyova dönüb.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, onu Kişinyov hava limanında azərbaycanlılar da qarşılayıb.

Adil Osmanov Moldova tarixində yeganə azərbaycanlı olimpiya mükafatçısıdır. 2000-ci ildə Moskvada doğulan A. Osmanovun atası əslən Azərbaycanın Xaçmaz rayonundan, anası moldovandır.

Qeyd edək ki, Paris-2024-də mübarizəyə 1/16 final mərhələsindən qoşulan Adil Osmanov ilk olaraq ABŞ-dən olan Cek Yonezukaya qalib gəlib. Cüdoçu daha sonra Özbəkistan təmsilçisi Murodjon Yuldoşevi və monqolustanlı Erdenebayar Batzayanı üstələyərək yarımfinala yüksəlib. Bu raundda Con Benjamin Qabaya (Fransa) yenilən idmançı bürünc medal uğrunda qarşılaşmada Manuel Lombardodan (İtaliya) güclü olub.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45