Rusiyanın məşhur gimnastı əməliyyat olunub
Bədii gimnastika üzrə Rusiya çempionu Lalə Kramarenko əməliyyat olunub.
Bu barədə idmançı sosial şəbəkə hesabında paylaşım edib.
O, Tatarıstanın paytaxtı Kazanda keçirilən “BRICS Sports Games Kazan 2024” beynəlxalq turnirində zədə alıb. 19 yaşlı gimnast buna baxmayaraq çempion olub.
Qeyd edək ki, Lalə Kramarenko Azərbaycan millisinin sabiq qapıçısı Dmitri Kramarenkonun qızıdır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45