Paris-2024: Azərbaycan cüdoçusu final görüşü zamanı ciddi zədə alıb
Azərbaycan cüdoçusu Elcan Hacıyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının səkkizdəbir final görüşü zamanı xəsarət alması ilə bağlı məsələyə aydınlıq gətirilib.
90 kiloqram çəki dərəcəsində yer alan idmançı fransalı Nqayap Hambu ilə mübarizədə çiyin sümüyü sınıb.
Cüdoçumuz xəstəxanaya yerləşdirilib.
Azərbaycan cüdoçusu Elcan Hacıyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının səkkizdəbir final görüşü zamanı ciddi zədə alıb.
“Report”un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, 90 kiloqram çəki dərəcəsində yer alan idmançı fransalı Nqayap Hambu ilə mübarizədə çiyni çıxıb və xəstəxanaya aparılıb.
Qeyd edək ki, Elcan 1/16 finalda Türkiyə idmançısı Mixael Zqanka qalib gəlib.
Azərbaycan cüdoçusu Elcan Hacıyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
“Report”un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, 90 kiloqram çəki dərəcəsində yer alan idmançı səkkizdəbir final mərhələsində Fransa təmsilçisi Nqayap Hambu ilə üz-üzə gəlib.
Rəqibinə məğlub olan Hacıyev mübarizəni dayandırıb.
Qeyd edək ki, Elcan 1/16 finalda Türkiyə idmançısı Mixael Zqanka qalib gəlib.
Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kq) qızıl medal əldə edib.
Azərbaycan cüdoçusu Elcan Hacıyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
90 kq çəki dərəcəsində yer alan idmançı 1/16 final mərhələsində Türkiyə təmsilçisi Mixael Zqankla üz-üzə gəlib.
Rəqibinə qalib gələn E.Hacıyev 1/8 finala yüksəlib.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kq) artıq qızıl medal əldə edib.
(055) 436-46-45