İran Prezidenti COP29-a dəvət olunub

İran Prezidenti COP29-a dəvət olunub
Dostuna göndər xəbərdən agah olsun:

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian cari ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət olunub.

 

Baş nazir Əli Əsədov iyulun 31-də İran Prezidenti Məsud Pezeşkianla görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və prezident səlahiyyətlərinin icrasına başlaması münasibətilə təbriklərini çatdırıb.

 

Baş nazir cari ilin noyabr ayında Azərbaycanda keçiriləcək COP29-da iştirakla bağlı Prezident İlham Əliyevin dəvət məktubunu Prezident Məsud Pezeşkiana təqdim edib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45