Qəzzada Hepatit A virusuna yoluxanların sayı 40 min nəfərə çatıb
Qəzza zolağında Hepatit A xəstələrinin sayı, demək olar, 40 min nəfərə çatıb, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinə qədər isə cəmi 85 yoluxma halı qeydə alınmışdı.
“Agah. Az” TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyi (UNRWA) məlumat yayıb.
Bildirilib ki, hər həftə anklavda 800-dən 1000-ə qədər yeni yoluxma halları qeydə alınır. Xüsusilə Hepatit A UNRWA tərəfindən Qəzza sakinləri üçün təşkil edilmiş sığınacaqlarda yayılmağa davam edir. Agentlik qeyd edir ki, hepatitin yayılmasına səbəb sığınacaqlarda yer, təmiz su və gigiyena vasitələrinin çatışmazlığıdır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45