Azərbaycan yığması Avropa çempionatında finala yüksəlib
Azərbaycanın 18 yaşadək oğlanlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda növbəti oyununu keçirib.
Anar Sarıyevin baş məşqçisi olduğu yığma Albaniyanın Elbasan şəhərində keçirilən turnirin yarımfinal mərhələsində meydan sahibləri ilə üz-üzə gəlib.
Rəqibini 62:41 hesabı ilə üstələyən komandamız finala yüksəlib.
U-18 həlledici görüşdə Lüksemburq – Ermənistan duelinin qalibi ilə qarşılaşacaq
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45