Biləsuvarda FHN-in əməkdaşı hündürlükdən yıxılaraq ölüb

Biləsuvarda FHN-in əməkdaşı hündürlükdən yıxılaraq ölüb
Dostuna göndər xəbərdən agah olsun:

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

Hadisə Səmədabad kəndində qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı, Bakı şəhər Suraxanı qəsəbəsinin sakini, 1976-cı il təvəllüdlü Quluyev Fövzi Manaf oğlu hündürlükdən yıxılıb.

 

Ağır dərəcəli qapalı kəllə-beyin travması alan F.Quluyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Hadisənin təfərrüatları araşdırılır.

 

Faktla bağlı araşdırma aparılır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45